Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun kütləvi hava hücumları vasitəsilə ölkənin hava hücumundan müdafiə (HHM) sistemini həddindən artıq yükləməyə cəhd etdiyini bildirib. O, son bir həftə ərzində Ukrayna şəhərlərinin intensiv atəşə tutulduğunu vurğulayıb.
NOCOMMENT.az xəbər verir ki, son bir həftə ərzində Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə təxminən 1600 zərbə PUA-sı, 1100-ə yaxın idarə olunan aviabomba və üç raket buraxıb. Xersonda sərnişin avtobusunun hədəf alınması nəticəsində iki mülki şəxs həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Zelenski həmçinin Xarkovda yaşayış binasına, Nikolayevdə energetika obyektlərinə, eləcə də Dnepropetrovsk, Odessa, Sumı və Donetsk vilayətlərinə endirilən zərbələr barədə məlumat verib. Ukrayna lideri Rusiyanın bu taktika ilə mülki infrastrukturu tamamilə sıradan çıxarmağı hədəflədiyini qeyd edib.
Sara
NOCOMMENT.az









