Zelenskinin ABŞ-a səfəri və Baydenlə görüşünün vaxtı açıqlandıbackend

Zelenskinin ABŞ-a səfəri və Baydenlə görüşünün vaxtı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və Amerika lideri Co Baydenlə görüşü iyulun sonlarına planlaşdırılıb.

NOCOMMENT.az report.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Ukrayna – 24” kanalının efirində deyib.

Onun sözlərinə görə, səfər zamanı Baydenlə danışıqların aparılması və bir sıra digər vacib görüşlərin keçirilməsi planlaşdırılır: “Artıq hazırlığa başlamışıq, proqramın əsas elementləri üzərində işləyirik”.

Qeyd edək ki, bundan əvvəl Cozef Baydenlə Vladimir Zelenski arasında telefon danışığı olub. Ağ ev rəhbəri ukraynalı həmkarını yayda Vaşinqtona dəvət edib.