Zəlzələlər yeni “gölməçə” yaradıbbackend

Zəlzələlər yeni “gölməçə” yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hatayın sərhədlərindən keçən Akçay çayının zəlzələlər zamanı qopduğu qaya və torpaq parçaları ilə ön hissəsinin kəsilməsi nəticəsində bölgədə gölməçə əmələ gəlib.

NOCOMMENT xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər dağlıq bölgələrdə sürüşmələrə səbəb olub.

Payas rayonunun sərhədləri daxilindəki dağlıq bölgədəki yüksək dağın zirvəsindən qopan böyük kütlə Amanos dağlarından başlayan və Payas vadisi boyunca uzanan Akçay çayının qarşısında maneə yaradıb.

Fevralın 6-da zəlzələlərin baş verdiyi vaxtdan toplanan su buradakı ağacların arasında firuzəyi-mavi gölməçəyə çevrilib.

Zəlzələlər yeni “gölməçə” yaradıb

Sincan rayonunda yaşayan Resul Kara zəlzələlərdən sonra gördükləri mənzərədən təəccübləndiklərini bildirib. Gölməçənin dərinliyinin 20 metr, uzunluğunun isə 300 metr olduğunu ifadə edən Kara, “Zəlzələnin nə qədər böyük olduğunu daha yaxşı anladıq. İndi buna “Akçay gölməçəsi” və ya “Zəlzələ gölməçəsi” deyə bilərik” dedi.