Ziya Məmmədovun oğlunun Londondakı lüks restoranlarıbackend

Ziya Məmmədovun oğlunun Londondakı lüks restoranları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni məlumatlar yayılıb.

NOCOMMENT xəbər verir ki, jurnalist-bloger Cavanşir Həsənli Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olduğunu bildirib.

Cavanşir Həsənli həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət “KFC franchise” şəbəkəsini də aldığını açıqlayıb.

Bundan əlavə C.Həsənli Anar Məmmədovun Londonda elit restoranının da olduğunu qeyd edib.

“Londonda elit restoran Anar Məmmədova 4 milyon funt sterlinqə (8.4 milyon manat) başa gəlib”, – deyə bloger əlavə edib.

Qeyd edək ki, 2018-ci ildə mətbuatda Anar Məmmədovun İngiltərəyə etdiyi yatırımlar qarşılığında bu ölkənin vətəndaşlığını alması barədə məlumatlar yayılmışdı.