17 yaşında evlənmək istəyənlər üçün qanun sərtləşdirilirbackend

17 yaşında evlənmək istəyənlər üçün qanun sərtləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 17 yaşında nikaha daxil olmaq istəyənlər üçün qanunun sərtləşdirilməsi təklif edilir.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə təklif edilir ki, Ailə Məcəlləsinin 10.2-ci maddəsinə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilindiyini nəzərə alaraq, həmin maddədə istifadə olunan “üzrlü səbəblər” ifadəsinin mənasına qanunla aydınlıq gətirilsin.