Baş nazir: Ərzaq təminatında problem olmayacaqbackend

Baş nazir: Ərzaq təminatında problem olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada yaşanan qlobal ərzaq problemlərinə baxmayaraq, Azərbaycanda ərzaqla bağlı hər hansı problem mövcud deyil”.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

“Dünyada ərzaq böhranı hər kəsə məlumdur. Amma ölkədə ərzaq təminatı ilə bağlı problem yoxdur və olmayacaq. Bunun üçün dövlət tərəfindən müəyyən proqramlar hazırlanıb”.

Baş nazir qeyd edib ki, ərzaq qiymətinin artımının qarşısını almaq üçün zəruri işlər görülür və görüləcək.

“Bunun üçün əhalinin real gəliri, alıcılıq qabiliyyəti nəzərə alınır”, – deyə baş nazir vurğulayıb.