Neftin qiyməti yenidən bahalaşdıbackend

Neftin qiyməti yenidən bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 78 dollara satılır.

NOCOMMENT xəbər verir ki, dünən 81,36 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 77,72 dollarla tamamlayıb. Saat 09:14-ə olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti bağlanış tarixi ilə müqayisədə 0,4 faiz artaraq 78 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 74,55 dollardan alıcı tapdı.

ABŞ-ın kommersiya xam neft və benzin ehtiyatlarının azalması dünyanın ən böyük neft istehlakçısında yüksək tələbat hiss olunmasına səbəb olub və bu, qiymət artımında təsirli olub.

ABŞ Enerji İnformasiya İdarəsi ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 5 milyon 100 min barrel azalaraq 460 milyon 900 min barrelə düşdüyünü açıqladı. Bazar gözləntisi, ehtiyatların 6 milyon 83 min barrel azalacağı idi. Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 1 milyon barrel azalaraq 366 milyon 900 min barelə düşüb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 2 milyon 400 min barrel azalaraq 221 milyon 100 min barelə düşüb. Bununla belə, davam edən tənəzzül narahatlıqlarının tələbin azalmasına səbəb ola biləcəyi və Rusiyanın neft ixracındakı artımın artıq təklif yarada biləcəyi ilə bağlı narahatlıqlar dünən qiymətlərin 4 faizdən çox ucuzlaşmasına səbəb olub.

Moskvanın hasilatı azaltmaq öhdəliyinə baxmayaraq, aprel ayında Rusiyanın qərb limanlarından neft nəqlinin sutkada 2,4 milyon bareli keçəcəyi və 2019-cu ildən bəri ən yüksək səviyyəyə çatacağı təxmin edilir.

Analitiklər ABŞ-da makroiqtisadi göstəricilərdəki qarışıq siqnalların monetar siyasətdəki qeyri-müəyyənliyi artırdığını, davam edən balans mövsümündə açıqlanan bəzi zəif gəlirlərin də investorların iqtisadi yavaşlama ilə bağlı narahatlığını dəstəklədiyini bildirirlər.

Texniki baxımdan, Brent neftinin 78,24-78,37 dollar diapazonu müqavimət, 77,92-77,73 dollar diapazonu isə dəstək kimi qiymətləndirilə bilər.