NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat bildirib ki, Fələstin HƏMAS hərəkatı Qəzza zolağının ikili vətəndaşlığı olan bəzi sakinlərinin anklavı tərk etməsinə mane olur. Bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, minlərlə insan, o cümlədən ikili vətəndaşlar Qəzza zolağından qaçmağa çalışsalar da, HƏMAS onların bir qismini tərk etməyə mane olur.
Bundan əvvəl məlum olub ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbərləri noyabrın 9-da Qətərdə Qəzza zolağında radikal Fələstin HƏMAS hərəkatı tərəfindən saxlanılan 10-20 girovun azad edilməsi şərtlərini müzakirə ediblər.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin muharibə vəziyyətində olduğunu bəyan edib.