İsraillə əlaqəli gəmiyə pilotsuz təyyarə hücumubackend

İsraillə əlaqəli gəmiyə pilotsuz təyyarə hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistana doğru hərəkət edən Liberiya bayraqlı, İsraillə əlaqəli ticarət gəmisi pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.

NOCOMMENT xəbər verir ki, İngiltərənin dəniz təhlükəsizliyi şirkəti Ambrey Liberiya bayraqlı, İsraillə əlaqəli ticarət gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Reuters-in məlumatına görə, Liberiya bayrağı altında üzən kimyəvi məhsullar daşıyan gəmiyə hücumdan sonra yanğın baş verib. Hindistanın Veraval bölgəsinə təxminən 200 kilometr uzaqlıqda həyata keçirilən hücumda ölən və ya yaralananın olmadığı, baş verən yanğının söndürüldüyü bildirilib.