Piratlar Somalidə daha bir ticarət gəmisini qaçırıblarbackend

Piratlar Somalidə daha bir ticarət gəmisini qaçırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somali sahillərində dəniz quldurlarının daha bir ticarət gəmisini qaçırdığı bildirilib.

NOCOMMENT xəbər verir ki, Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) tərəfindən verilən açıqlamada, dünən Eyl qəsəbəsi yaxınlığında ağır silahlı şəxslərin ticarət gəmisini qaçırdığı bildirilib.

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.

Dekabrın 15-də Ərəbistan dənizində qaçırılan Malta bayraqlı “Ruen” ticarət gəmisi dəniz quldurları tərəfindən qaçırılıb. 18 nəfərlik ekipajı olan ticarət gəmisinin Somali sahillərindəki Puntland əyalətində olduğu açıqlanıb.

Təxminən 10 ildir heç bir dəniz quldurluğu hadisəsinin yaşanmadığı Somali sahillərində Yəməndəki husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücumundan sonra yenidən adam oğurluğu baş verməyə başlayıb.