Şokolad trendi: Müəllimlərə olan dəyər, yoxsa şagirdlərin əyləncəsi?backend

Şokolad trendi: Müəllimlərə olan dəyər, yoxsa şagirdlərin əyləncəsi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir yandan müəllimə verilən adi gül dəstəsini az qala rüşvət sayırıq, digər tərəfdən “şirinlik mübadiləsini” trend səviyyəsinə qaldırırıq”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov qeyd edib.

Ekspertin sözlərinə görə, kimi “trendə” bəraət qazandırır – müəllimlərlə şagirdlərin bir-birlərinə qucaq açması, sevgi göstərməsini sevindirici hal hesab edir, kimisi də xaricdən bizə transfer olunan trenddə şagirdin müəllimə şokolad yox, hörmətlə yanaşma hədiyyə etməsini daha vacib sayır:

“Son günlər kompaniya xarakteri alan videolara, çoxsaylı, təbliğ və təşviq xarakterli paylaşımlara ani də olsa nəzər salsaq, istər-istəməz yadıımıza hər kəsə məlum olan məşhur bir el məsəli düşür: “Bir dəli quyuya daş atdı, yüz ağıllı yığışdı onu çıxara bilmədi”. Bu, el məsəlinə bənzəməsin, indi hər kəs özünə əl qatıb, nəsə bir söz demək xatirinə söz deyir. Kimi “trendə” bəraət qazandırır – müəllimlərlə şagirdlərin bir-birlərinə qucaq açması, sevgi göstərməsini sevindirici hal hesab edir, kimisi də xaricdən bizə transfer olunan trenddə şagirdin müəllimə şokolad yox, hörmətlə yanaşma hədiyyə etməsini daha vacib sayır. İndi, gəl başa düş görüm, bu,“Trendə” çevirdiyimiz şokolad kompaniyası müəllimə olan şirinlik hissidir, yoxsa kiminsə sıradan olan məzhəkəli əyləncəsi?

Onsuz da çoxumuzda nazirin sözü olmasın, “Oxuyub-anlama bacarıqları ilə bağlı problemlər var”. Nə baş verdi ki, müəllim birdən-birə bu qədər şirinləşdi, qısa zaman kəsiyində “şokolad yağışı”na tutuldu? Lap, elə son günlərə qədər müəllimin müdafiəsinə qalxanları məsxərəyə qoyuruq. Nə oldu, məktəb “məbədgah”lığını yenidən bərpa etdi, müəllim əvvəlki “müqəddəs”liyini, keçmiş şərəfini özünə qaytardı? Bəs, “savadsız müəllimlər”,“saxta müəllimlər”,“imtahandan kəsilən müəllimlər”, “sıfır bal toplayan müəllimlər”, “ibtidai sözünü, “ibtidai, ibtidayi” yazan müəllimlər, “işdən qovulan müəllimlər”, “pul yığan müəllimlər”, “rüşvətxor, korrupsioner” müəllimlər”, “şagird qarşısına çıxması günah” sayılan müəllimlər anidən dəyişərək bu qədər hömətə mindilər.

“5 oktyabr “Müəllim günü”nə bir həftə qalmış, başlayırdıq ki, ay aman qoymayın məktəblərdə pul yığılır, 8 mart “Beynəlxalq qadınlar günü” qadın müəllimlərimizi ildə bir dəfə sevinməli olduqları bayramlarına peşman edib, aldıqları böyüklü, kiçikli hədiyyələri gözlərindən gətirərdik, sanki, digər qadınlara – analarımıza, bacılarımıza, qızlarımıza həyat yoldaşımıza, sevgili və məşuqələrimizə heç hədiyyə bəxş etmirikmiş kimi. Artıq, oktyabr arxada qalıb, marta isə hələ ki, xeyli müddət var. Müəllimi diqqət mərkəzinə çəkmək, yenidən dilə-dişə salmaq üçün nəsə etməliyik axı”.

Həmsöhbətimiz vurğulayıb ki, bu gün müəllimin təmənnalı maddiyyatdan çox, mənəvi zəngiliyə daha böyük ehtiyacı var:

“Sözüm onda deyil. Hər kəsin öz fikri, mövqeyi, məsələyə yanaşma tərzi var. Ancaq, bir anlaşılmaz (əslində anlaşılan) məqam da ondan ibarətdir ki, təhsilimizdə gedən son proseslərə – yeni təhsil standartlarının hazırlanması, yeni ixtisaslar təsnifatlaşdırılması, məktəbəqədər təhsil müəssisələrində uşaq yerləri ilə əlaqədar defisitin yaranması, orta ümumtəhsil məktəblərində optimallaşdırma və rasionallaşdırması, müəllimlərin sertifikasiyası ilə əlaqədar xeyli sayda müəllimlərin problemləri fonunda susqunluq nümayiş etdiririk, şokolad bağışlama “mərasimində” belə bir coşqunluq göstəririk – bax bunu başa düşmək olmur.

Bir də ki, burda başa düşülməyən nə var ki? Şokolad şirinlik rəmzi sayılır, bizdə isə bu dad bildirən şirinlik ifadəsi, əsasən “işni aşırmaq” üçün kiməsə “şirinlik” vermək kimi assosasiya olunur. Kimin necə başa düşməsindən və yozmasından asılı olmayaraq istənilən halda, müəllimi “şokolad yağışı”na tutub sevindirməkdənsə, adi gül çələngi ilə həvəsləndirmək və qürurlandırmaq daha dəyərverici olardı. Çünki, bu gün müəllimin təmənnalı maddiyyatdan çox, mənəvi zəngiliyə daha böyük ehtiyacı var. Şokoladı isə, əgər onun reklamı bu qədər vacib idisə, məktəbəqədər təhsil müəssisələrində şirin və şirni sevən nəvə-nəticələriniz üçün trendə çevirərdik”,- deyə fikrini yekunlaşdırıb.