Sergey Lavrov: Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilməlidirbackend

Sergey Lavrov: Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yerli mediaya geniş müsahibə verir.

NOCOMMENT.az Teleqraf.com-a istinadən bildirir ki, canlı yayımlanan müsahibədə “Russia Today” və “Rossiya Seqodnya” agentliyinin baş redaktorları Marqarita Simonyan, “Komsomolskaya Pravda“ qəzetinin baş redaktoru Vladimir Sunqorkin və “Danışır Moskva” radiostansiyasının baş redaktoru Roman Babayan iştirak edir.

Bu da diqqətçəkən bir faktdır ki, müsahibədə iştirak edən 3 rusiyalı jurnalistdən ikisi milliyyətcə ermənidir.

Müsahibənin əsas müzakirə mövzuları koronavirus pandemiyası, Belarusdakı və Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlıdır.

Rusiyanın XİN başçısı bildirib ki, Dağlıq Qarabağdakı münaqişə tərəfləri təcili olaraq hərbçilərin xətti ilə görüşməlidirlər:

“Son günlərdə Azərbaycan və Ermənistandan olan həmkarlarımızla danışıqlardan gəldiyimiz əsas qənaətimiz budur ki, hərbçilər dərhal bir araya gəlməlidirlər. Atəşkəs sənədimizdə bəhs edilən və hələ heç kimin müzakirə etməyə başlamadığı atəşkəsə nəzarət mexanizmini razılaşdırmaq lazımdır”.

S.Lavrov atəşkəsin qorunmasına nəzarət etmək üçün Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməli olduğunu söyləyib:

“Birinci mərhələdə, iki rayonun azad edilməsi ilə yanaşı bütün kommunikasiya, iqtisadi əlaqələr, nəqliyyat əlaqələri yaradılmalı və hərbi əməliyyatların başlamamasına zəmanət vermək üçün sülhməramlılar yerləşdirilməlidir”.

Sergey Lavrov, həmçinin, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi mümkündür. O bildirib ki, oktyabrın 14-də Dağlıq Qarabağdakı vəziyyəti azərbaycanlı həmkarı ilə müzakirə edib.

S.Lavrov əlavə edib ki, rusiyalı hərbi müşahidəçilər Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə daxil edilə bilər.

Nazir əlavə edib ki, Rusiya Türkiyənin Dağlıq Qarabağda hərbi həllin mümkünlüyü ilə bağlı mövqeyi ilə razı deyil. Həmçinin, deyib ki, Rusiya heç vaxt Türkiyənin Moskvanın strateji müttəfiqi olduğunu bildirməyib:

“Biz Türkiyəni heç vaxt strateji müttəfiqimiz kimi təsnif etməmişik, Türkiyə bizim çox sıx tərəfdaşımızdır”.