İsrail Baş naziri Benyamin Netanyahunun kanselyariyası İranın raket zərbələri nəticəsində baş nazirin ofisinin və Hərbi Hava Qüvvələrinin komandanı Tomer Barın evinin vurulması ilə bağlı iddiaları təkzib edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Qəzet qeyd edir ki, hava hücumu xəbərdarlığından sonra Yerusəlimə raket düşməsi ilə bağlı heç bir məlumat daxil olmayıb.
“Əldə olan məlumata görə, Netanyahunun kanselyariyası zərər görməyib”, – deyə məlumatda bildirilir.
Sara
NOCOMMENT.az









