İraqda “Həşd əş-Şaabi”yə ağır zərbə: Yüksək rütbəli komandirlər məhv edildibackend

İraqda “Həşd əş-Şaabi”yə ağır zərbə: Yüksək rütbəli komandirlər məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Ənbar əyalətində həyata keçirilən hərbi əməliyyat nəticəsində İranpərəst “Həşd əş-Şaabi” qruplaşmasının iki mühüm rəhbəri zərərsizləşdirilib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, əməliyyat zamanı qruplaşmanın kəşfiyyat idarəsinin rəisi Vaseq əl-Fartusi və təhlükəsizlik xidmətinin rəhbəri Heydər əl-Mauri öldürülüb. Bu şəxslər qruplaşmanın regiondakı strateji planlamasında və təhlükəsizlik məsələlərində əsas fiqurlar hesab olunurdular.

Yüksək rütbəli hərbçilərin ləğvi qruplaşmanın idarəetmə strukturuna ciddi zərbə kimi qiymətləndirilir.

“Həşd əş-Şaabi”nin Ənbar kimi strateji bir bölgədə eyni anda həm kəşfiyyat, həm də təhlükəsizlik rəhbərini itirməsi regionda fəaliyyət göstərən pro-İran qüvvələri daxilində gərginliyi artırıb. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və digər qruplaşma üzvlərinin aşkar edilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Sara,
NOCOMMENT.az