İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Qaradağ” stansiyasına çatıb.
NOCOMMENT.az xəbər verir ki, dərman vasitələrindən ibarət yükün ümumi çəkisi 300 tondan çoxdur. Banan gətirsin gəlir
Xatırladaq ki, martın 12-də Rusiya FHN-nin 13 tondan çox humanitar yükü – dərman və tibbi ləvazimatları Azərbaycan ərazisindən keçməklə İrana göndərilmişdi.
Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı V.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsi zamanı göstərilən operativ dəstəyə, həmçinin ölkəsinin İrana yönəlmiş humanitar yardımının Azərbaycan ərazisindən keçidi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Regionda müşahidə olunan gərginlik fonunda humanitar yüklərin fasiləsiz daşınması beynəlxalq əməkdaşlığın və tranzit imkanlarının əhəmiyyətini bir daha önə çıxarır.










