İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon Livanın cənubunda BMT-nin müvəqqəti qüvvələrinin (UNIFIL) iki əməkdaşının həlak olması ilə bağlı rəsmi bəyanatla çıxış edib.
NOCOMMENT.az xəbər verir ki, Danon hazırkı mərhələdə İsrailin sülhməramlıların Livanın cənubundakı Bani-Hayyan bölgəsində baş vermiş insident zamanı “Hizbullah”a məxsus partlayıcı qurğularla vurulduğunu təsdiq edə biləcəyini bildirib.
İsrail rəsmisi həlak olanların ailələrinə başsağlığı versə də, bazar ertəsi baş vermiş ölüm hadisəsinin təfərrüatları barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, bazar günü UNIFIL-in daha bir sülhməramlısı həlak olmuşdu ki, bu da son günlərdə itkilərin sayını üçə çatdırıb.
Jurnalistlər qarşısında çıxış edən Danon “Hizbullah”ı kəskin şəkildə ittiham edərək bildirib ki, qruplaşma BMT mövqelərinin yaxınlığındakı mülki binalardan və infrastruktur obyektlərindən istifadə edərək İsrailə zərbələr endirir. Onun sözlərinə görə, terror təşkilatı sülhməramlıların mövcudluğundan “canlı qalxan” kimi istifadə edərək həm beynəlxalq hüququ, həm də sülhməramlı missiyanın təhlükəsizliyini ciddi şəkildə təhlükəyə atır. Hazırda bölgədə gərginliyin artması fonunda BMT qüvvələrinin təhlükəsizliyi məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir.
Sara
NOCOMMENT.az










