ABŞ rəhbərliyi danışıqlarda yaxın gələcəkdə “sıçrayış” baş verməyəcəyi təqdirdə İrana qarşı hərbi hücumların bərpasını istisna etmir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, sözügedən məsələ ABŞ Prezidenti Donald Trampın vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset ilə keçirdiyi görüşdə müzakirə olunub.
Müşavirədə həmçinin Maliyyə naziri Skott Bessent, Ağ Evin aparat rəhbəri Syuzi Uaylz, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, MRİ direktoru Con Retkliff və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak ediblər. Vaşinqtonun Tehranla bağlı hərbi variantı yenidən masa üzərinə qoyması regionda gərginliyin daha da artacağı ehtimalını gücləndirir.
Sara,
NOCOMMENT.az













