Sonuncu intensiv yağıntının fəsadları hələ də qalmaqdadır – VİDEObackend

Sonuncu intensiv yağıntının fəsadları hələ də qalmaqdadır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küçələri su basıb, evlərin altı dolu…

NOCOMMENT.az xəbər verir ki, söhbət Sabunçu rayonu, Maştağa qəsəbəsinin Şıxəli Qurbanov və Hüseyn Arif küçələrindən gedir. Sakinlər iddia edir ki, iki aydır küçələrdə, evlərdə yığılıb göllənən suyu xaric eləməyə çalışsalar da, alınımır:

Sakinlər yollardakı suyu qurutmaq üçün maşınlarla torpaq tökürlər.

Mövcud vəziyyətlə bağlı aidiyyatı qurumlarla əlaqə yaratdıq. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirdilər ki, sözügedən küçələrdə mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil.

Sabunçu rayon İcra Hakimiyyətindən isə bildirildi ki, problemin aradan qaldırılması məqsədilə nasos qurğuları quşadırılsa da , bəzi ərazilərdə yığılan suların kənarlaşdırılması üçün hər hansı bir yer olmadığına görə problemin həlli mümkün olmayıb. Buna səbəb həmin ərazilərdə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmamasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.