Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Rusiya, ABŞ və Ukrayna arasında həyata keçirilə biləcək kritik danışıqlar üçün Azərbaycanın ən ideal məkan olduğunu bəyan edib. Senator rəsmi Bakının bu tarixi missiyanı uğurla yerinə yetirə biləcəyinə inandığını vurğulayıb.
NOCOMMENT.az xəbər verir ki, “Pod-yom” nəşrinə danışan Cabarov Azərbaycanın həm Rusiya, həm də Qərb üçün etibarlı tərəfdaş olduğunu qeyd edib: “Bura çox münasib yerdir, Azərbaycanla əla münasibətlərimiz var. Əgər rəsmi Bakı bütün tərəflərin təhlükəsizliyinə zəmanət verərsə, bizim nümayəndə heyətimiz tərəddüd etmədən Azərbaycana gələ bilər”.

Bu bəyanat Bakının qlobal sülh danışıqlarında mərkəzi qərargaha çevrilməsi ehtimalını yenidən gündəmə gətirib. Ekspertlər hesab edir ki, Rusiyanın belə bir təkliflə çıxış etməsi Azərbaycanın neytral xarici siyasətinə olan yüksək etimadın göstəricisidir. Hazırda dünya diplomatiyasının diqqəti rəsmi Bakı və Vaşinqtonun bu sensasion təklifə verəcəyi reaksiyaya yönəlib.
Sara










