Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
NOCOMMENT report-a istinadən xəbər verir ki, o, bu məqsədlə artıq “Mənim Ermənistanım” adlı partiyasını qeydiyyatdan keçirib.
Partiyanın sədri isə Narek Simonyandır. O, məlumatı təsdiqləyib. N.Simonyanın sözlərinə görə, “Mənim Ermənistanım”ın konfransı 2020-ci ilin noyabrın 30-da keçirilib.
Xatırladaq ki, M.Minasyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkənidir. Sabiq səfir baş nazir Nikol Paşinyanı müxtəlif məsələlərdə, o cümlədən siqaret, silah qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edir.
Xatırladaq ki, S.Sarkisyan parlament seçkilərinə qatılmayacağını, tərəfdarlarını Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanetsyanı dəstəkləməyə çağıracağını bildirmişdi.