Türkiyəyə göndərilən iki qazimiz sağalaraq vətənə geri döndübackend

Türkiyəyə göndərilən iki qazimiz sağalaraq vətənə geri döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır yaralanan və müalicə üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilən iki qazimiz sağalaraq vətənə geri dönüb.

Fonddan NOCOMMENT-ə bildirilib ki, qazilərimiz Məmmədov Ədalət Ramazan oğlunun və Abdullayev Pərvin Dövlət oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.