Qazimiz Vətənə qayıtdıbackend

Qazimiz Vətənə qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu Türkiyədə müalicəsini tamamlayaraq Vətənə geri qayıdıb.

YAŞAT Fondundan NOCOMMENT-ə verilən xəbərə görə, həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.

Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.