Daşkəsən sakini minaya düşüb.
NOCOMMENT.az məlumatına görə, hadisə rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alınıb.
1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu ərazidə qoyun otaran zaman atı sərhədi keçib. Ş.Tağıyev atını gətirən zaman minaya düşüb.
Ş. Tağıyev xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir./APA