Dünya bazarlarında neft və qazın qiyməti artıbbackend

Dünya bazarlarında neft və qazın qiyməti artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,25% artaraq 1 barelə görə 79,07 dollar təşkil edib. Bununla da, Brent markalı neft 2018-ci ilin qiymətini ötüb.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında noyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,32% artaraq 74,96 dollar olub.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 3,02% artaraq 5,30 ABŞ dolları təşkil edib.