Paşinyan Əliyevlə görüşə hazırdır – Ermənistandan rəsmi açıqlamabackend

Paşinyan Əliyevlə görüşə hazırdır – Ermənistandan rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Azərbaycan prezidenti ilə görüşməyə hazırdır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində bildirib.

“Biz Azərbaycan prezidenti ilə yüksək səviyyədə görüşə hazır olduğumuzu bəyan etmişik. Biz buna əvvəllər də hazır idik və əgər İlham Əliyev də bu cür hazırlıq nümayiş etdirsə, ümid edirik ki, Minsk Qrupu çərçivəsində müzakirələr keçiriləcək və görüş yaxın gələcəkdə baş tuta bilər”, – deyə TŞ katibi söyləyib.

Qriqoryanın sözlərinə görə, Qarabağ münaqişəsi həll olunmayıb və ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gözlənilən səfəri bunu bir daha təsdiqləyir. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri vurğulayıb ki, problemin bütün komponentləri üçün həll tapılmalıdır.

İlham Əliyev France 24-ə müsahibəsində bildirib ki, Nikol Paşinyanla görüşməyə hazırdır