İtaliyanın “Napoli” klubunun futbolçusu Adam Unas qarət olunub.
“NOCOMMENT“ Report-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu evinin qarşısında soyğunçularla qarşılaşıb.
Onlar diqqəti cəlb etməmək üçün əlcəzairli oyunçunu qaraja aparıblar. Unasdan bütün pulunu və qızıl-zinət əşyalarını verməsini tələb ediblər. Forvardın yanında formasından əlavə 5 min avro dəyərində zəncir olub.
Qeyd edək ki, “Napoli” bu gün İtaliya A Seriyasının XVIII turunda “Milan”la üz-üzə gələcək.