Rəsmən: Azərbaycan Qran Prisi bu il baş tutmayacaqbackend

Rəsmən: Azərbaycan Qran Prisi bu il baş tutmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə xarici və yerli mətbuatda Bakıdakı yarışın ləğv ediləcəyi barədə söhbətlər gəzirdi. Formula1 Azərbaycan Qran Prisi ilə yanaşı, Sinqaur və Yaponiyadakı builki yarışların da baş tutmayacağını rəsmən elan edib.

NOCOMMENT.az F-1.az-a istinadən xatırladır ki, koronavirus pandemiyasına görə daha əvvəl mövsümün ilk yarışı olan Avstraliya Qran Prisi ilə yanaşı, Monako, Fransa və Niderlanddakı yarışlar ləğv edilmiş, daha 6 yarış təxirə salınmışdı. Keçən həftə isə mövsümün Avropa hissəsinin təqvimi açıqlanmışdı.

Formula1 tərəfindən yayımlanan bəyanatda deyilir: “Biz bu qərarı promouterlərin ölkələrində qarşılaşdıqları bir sıra çətinliklərə görə qəbul etməli olduq. Bakı və Sinqapurda vəziyyətin hələ də qeyri-müəyyən olması şəhər traslarının tələb etdiyi uzun hazırlıq prossesini mümkünsüz etdi, Yaponiyada isə məhdudiyyətlər davam edir.

Biz, eyni zamanda, builki təqvimi tərtib edərkən həm indiki, həm də təqvimdə olmayan tras rəhbərlikləri ilə münasibətlərdə önəmli məsafə qət edə bildik. Bütün dünyada vəziyyət hələ də qarışıq olsa da, biz mümkün olan variantları reallaşdırmağa çalışırıq və çox yaxşı təhlükəsizlik planlarımız var”.