ABŞ-dən Tunisə 25 min ton buğda dəstəyibackend

ABŞ-dən Tunisə 25 min ton buğda dəstəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ quraqlıq və Ukrayna müharibəsi səbəbindən taxıl böhranı yaşayan Tunisə 25 min ton buğda dəstəyi verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tunisdəki ABŞ səfirliyi açıqlama yayıb.

“Rusiya və Ukrayna arasında baş verən müharibə səbəbilə Tunisdə yaşnan taxıl böhranına dəstək məqsədilə Tunis Taxıl İdarəsinin koordinasiyası ilə ABŞ və Dünya Bankı tərəfindən verilən 25 min ton buğda Tunis limanına çatdırılıb”.

Rəsmi rəqəmlərə görə, Tunis taxıla olan tələbatının 70 faizini idxal edir.

Qeyd edək ki, quraqlıq, korona epidemiyası və Ukrayna müharibəsindən əziyyət çəkən Tunisdə son illərdə taxıl böhranı yaşanır.