Ağ Evə qəbul olunmayan müsəlman bələdiyyə sədrinə QHT-lərdən dəstəkbackend

Ağ Evə qəbul olunmayan müsəlman bələdiyyə sədrinə QHT-lərdən dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də 40-dan çox qeyri-hökumət təşkilatı (QHT) mayın 1-də ABŞ prezidenti Co Baydenin Ağ Evdə təşkil etdiyi Ramazan bayramı ziyafətinə buraxılmayan müsəlman bələdiyyə sədri Məhəmməd Hayrullah üçün birgə məktub imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, məktubda bələdiyyə sədri Hayrullahın təhlükəsizlik səbəbi ilə son anda qəbula qatılmasının qarşısının alınmasına reaksiya verilib.

FTB-nin “izləmə siyahısı”na görə Hayrullahın qəbula buraxılmadığına diqqət çəkilən məktubda yüzdə 98-i müsəlman adlarından ibarət olan siyahının ayrı-seçkilik və konstitusiyaya zidd olduğu vurğulanıb.

Məktubda qeyd edilib: “Bizim Bayden administrasiyasının hazırkı müşahidə siyahısı kimi islamofob və anti-müsəlman siyasət və təcrübələrini dərhal və açıq şəkildə rədd edəcəyinə dair böyük gözləntilərimiz var. Ağ Evi bu hadisəyə tez reaksiya verməyə çağırırıq”.

NOCOMMENT.AZ