Aİ-dən böhran XƏBƏRDARLIĞIbackend

Aİ-dən böhran XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsü sazişindən çıxmasından sonra Ukrayna limanları bombalanır və böyük miqdarda taxıl yanır. Son hadisələr “böyük ərzaq böhranına”  yol açacaq. 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib. 

Rusiya ordusunun son bir neçə gündə Ukraynanın Odessa limanında infrastrukturu bombaladığını, 60 min ton taxılın yandığını bildirən Borrell, “Rusiya təkcə taxıl müqaviləsindən çəkilməyib. Onlar da taxıl yandırırlar” deyib. 

Rusiyanın etdiklərini “barbar” olaraq xarakterizə edən Borrell, “Bu vəziyyət dünyada böyük bir hadisədir. Bu, böhrana səbəb olacaq”,- vurğulayəb.