Aİ İsrailin məhkəmə islahatını “narahatlıqla” izləyirbackend

Aİ İsrailin məhkəmə islahatını “narahatlıqla” izləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) İsraildəki məhkəmə islahatlarını narahatlıqla izlədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki,Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ofisindən verilən açıqlamada etirazlara səbəb olan məhkəmə islahatları ilə bağlı inkişafların yaxından və narahatlıqla izləndiyi bildirilib.

Bəyanatda, Aİ-İsrail münasibətlərinin güclərin bölünməsi və qanunun aliliyi kimi ortaq dəyərlərə əsaslandığı məhkəmə islahatlarının israillilər tərəfindən aparılacağı, lakin Aİ-İsrail tərəfdaşlığının əsas dəyərlərinin qorunub saxlanılmasının vacib olduğu vurğulanıb.

Aİ İsrail hökumətini məhkəmə islahatları ilə bağlı geniş konsensus axtarmağa davam etməyə və inklüziv prosesi hədəfləməyə çağırıb.

NOCOMMENT.AZ