Akopyan: Azərbaycan qoşunları geri çəkilməyib, qışa hazırlaşırlarbackend

Akopyan: Azərbaycan qoşunları geri çəkilməyib, qışa hazırlaşırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbçiləri Qaragöl ətrafından çəkilməyiblər, istehkamlar qurur, qışa hazırlaşırlar.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Ermənistan” blokunun deputatı Vahe Akopyan deyib.

Onun sözlərinə görə, Azərbaycan qoşunları mayın 12-dən Qaragöldədir və orada mövqelərini möhkəmləndirib.

Deputat oxşar vəziyyətin Basarkeçər rayonun Zərkənd və Şorca kəndləri istiqamətində də yarandığını diqqətə çatdırıb.

Akopyan Azərbaycan polisinin Ermənistana daxil olan İran yük maşınlarını yoxlamağa başladığını da deyib.

Sputnik Armenia-nın məlumatına görə, Azərbaycan qoşunlarının möhkəmləndikləri mövqedən geri çəkilməsi yönündə Rusiya tərəfinin vasitəçiliyi də işə yaramayıb.

“Azərbaycanlılar geri çəkilmək fikrində deyillər”, – deyə mənbə qeyd edib.

Qeyd edək ki, 30 illik işğaldan sonra öz ərazilərini azad edən Azərbaycan Ermənistanla sərhədlərini müəyyənləşdirməyə başlayıb. Sözügedən ərazilər də beynəlxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycan sərhədləri daxilindədir.