Ermənistan parlamentində istefalar davam edirbackend

Ermənistan parlamentində istefalar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentin “Ermənistan” fraksiyasının üzvü Ripsime Stambulyan mandatından imtina etdikdən sonra məlum olub ki, bu gün eyni addımı onunla birlikdə partiya yoldaşları da atıblar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, “Ermənistan” fraksiyasının tərkibində Milli Məclisdə 4 nəfərlə təmsil olunan “Dirçələn Ermənistan” partiyası parlamentdəki fəaliyyətini dayandırır. Belə ki, Vaqe Akopyan (partiya sədri), Ripsime Stambulyan və Yelena Kirakosyan mandatlarından imtina ilə bağlı ərizələrini qanunverici orqana təqdim ediblər.

Partiyanın dördüncü üzvü, Assuriya icmasını təmsil edən Zemfira Mirzəyeva partiya üzvlüyünü müvəqqəti olaraq donduraraq parlamentdə fəaliyyətini davam etdirəcək.

“Belə bir qərar milli azlıqlara hörmətə əsaslanır və onların problemlərinin dilə gətirilməsinə və həllinə mane olmamaq məqsədi daşıyır”, – deyə bəyanatda bildirilib.

Seçki siyahılarına daxil olan partiya üzvləri deputat mandatı ala bilərlər, lakin bu halda partiya sıralarını tərk etməli olacaqlar.

Xatıradaq ki, daha əvvəl “Ermənistan” fraksiyasının nümayəndələri Artur Kazinyan, Mxitar Zakaryan, Aram Vardevanyan deputat mandatından imtina ediblər. KİV Armen Çarçyan və İşxan Saqatelyanın da fraksiyadan ayrılacağını yazır.