Almaniya 2 iranlını persona non qrata elan edibbackend

Almaniya 2 iranlını persona non qrata elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran məhkəməsi Almaniya və İran vətəndaşı olan Cəmşid Şarmehdinin ölüm cəzasına məhkum olması ilə bağlı qərar verib.

NOCOMMENT.az xəbər verir ki, bu qərardan sonra Almaniya Xarici İşlər Nazirliyi İranın Berlindəki səfirliyinin iki əməkdaşının persona non-qrata elan edildiyini açıqlayıb.

Qeyd edək ki, İranın Mizan Xəbər Agentliyinin məlumatına görə, rejim əleyhinə qruplaşmanın lideri olduğu iddia edilən Cəmşid Şarməhd mühakimə olunduğu Tehran İnqilab Məhkəməsi tərəfindən “terror aktlarını planlaşdırmaq və yönləndirməklə yer üzündə fitnə-fəsad törətməkdə” ittiham olunaraq ölüm cəzasına məhkum edilib.

NOCOMMENT.AZ