Anadolu agentliyinin jurnalistlərinə HÜCUMbackend

Anadolu agentliyinin jurnalistlərinə HÜCUM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Anadolu” agentliyinin Ukraynadakı müharibəni işıqlandıran çəkiliş qrupunun Xarkovda qaldığı otel raket hücumuna məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, agentliyin məlumatına görə, hadisə ötən gecə baş verib.

Qeyd edilib ki, partlayışlar nəticəsində otelin yuxarı mərtəbələri dağılıb və bina alova bürünüb. “Anadolu”nun müxbiri David Kaçkaçişvili və fotojurnalist Özge Elif Kızıl binanı tərk etməyə müvəffəq olub. D.Kaçkaçişvili yüngül yaralanıb. ​​

Məlumata görə, hər iki jurnalistin səhhəti qənaətbəxşdir. Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, jurnalistlərin olduğu otel S-300 raketləri ilə vurulub, 30-dan çox mülki vətəndaşın olduğu otel kompleksinin binasına ziyan dəyib, bir neçə avtomobil də yanıb.

Onun sözlərinə görə, 11 nəfər yaralanıb.