Atasının sözü ilə özünü asan Laçınla bağlı ARAŞDIRMA BAŞLAYIBbackend

Atasının sözü ilə özünü asan Laçınla bağlı ARAŞDIRMA BAŞLAYIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərur rayon sakini 2005-ci il təvəllüdlü Rzayeva Laçın Ümman qızının iyulun 23-də yaşadığı evin həyatyanı sahəsindəki bağda özünü asaraq intihar etməsi faktı ilə bağlı hazırda Şərur rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, 17 yaşlı Laçının ölümündən sonra yayılan mesajlarda o, imtahanda az bal topladığı üçün ailəsi tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.

Laçın yazıb ki, atası ona – “mən gələnə qədər özünü as”, – deyib. Məhz bu sözə görə Laçın canına qıyıb.