Avropa İttifaqından İrana qarşı yeni sanksiyalarbackend

Avropa İttifaqından İrana qarşı yeni sanksiyalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası İranda “ciddi insan haqları pozuntularına görə məsuliyyət daşıyanlara” qarşı yeni məhdudlaşdırıcı tədbirlərin görüldüyünü açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Aİ insan haqlarının pozulmasına görə tətbiq edilən sanksiyalar siyahısına 8 nəfər və 1 qurumun əlavə edilməsi barədə qərar qəbul edib.

Açıqlamada xüsusilə işgəncə və ədalətsiz mühakimələrdə ölüm hökmünə cavabdeh olan məhkəmə üzvlərinin hədəfə alındığı bildirilib.

Sanksiya siyahısında olan şəxslərə səyahət qadağası qoyulub. Həmin şəxslərin və qurumların aktivləri dondurulub, maliyyə vəsaitlərinin verilməsi qadağan edilib.

NOCOMMENT.AZ