Avropaya yay üçün quraqlıq XƏBƏRDARLIĞIbackend

Avropaya yay üçün quraqlıq XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropalı iqlim ekspertləri Aralıq dənizi və Avropanın cənubunda quraqlığın müşahidə olunacağı ilə bağlı xəbərdarlıq ediblər.

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin “2022-ci il Avropa İqlim Bəyanatı” hesabatı dərc olunub.

Hesabata görə, son 8 il dünyanın ən isti dövrü olub. 2022-ci ilin isə Avropada qeydə alınan ən isti ikinci il olduğu açıqlanıb.

Keçən yay yaşanan quraqlıq və meşə yanğınlarına diqqət çəkilən hesabatda “Avropada havanın temperaturu qlobal orta göstəricidən 2 dəfə sürətlə yüksəlir. Bu artım tempi digər qitələrdən yüksəkdir” deyə qeyd edilib. 

Avropanın üçdə birinin 2022-ci ilin yayında quraqlıqdan ciddi şəkildə təsirləndiyi, qitənin 63 faizində çayların orta axınında azalma müşahidə edildiyi bildirilib.

Qeyd edək ki, açıqlamada şaylarda azalmanın son 6 ildə də davam etdiyi vurğulanıb.

NOCOMMENT.AZ