Azərbaycan Kaan-la maraqlanır – Baş direktorbackend

Azərbaycan Kaan-la maraqlanır – Baş direktor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş ölkələr, o cümlədən Azərbaycan “Kaan”la maraqlanır.

NOCOMMENT.az yenisabah.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) baş direktoru Temel Kotil deyib.

“Əlbəttə, satış məsələsi ilə bağlı danışa bilmərəm. Bu, dövlətin məşğul olduğu işdir. Amma “Kaan” ciddi texnikadır”.

T.Kotil, həmçinin qeyd edib ki, “Kaan” qardaş ölkələr üçün əhəmiyyətlidir.

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.