Azərbaycan şahmatçısı dünya çempionu olubbackend

Azərbaycan şahmatçısı dünya çempionu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək idmançılar arasında blits üzrə dünya çempionatının qalibi olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, 11 oyunda 9,5 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.

Qız şahmatçıların yarışında isə Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva mundialın bürünc medalını qazanıb.

Qeyd edək ki, iki gün öncə rapid üzrə dünya çempionatında Gövhər Beydullayeva birinci yeri tutub. Beləliklə, Azərbaycanın iki şahmatçısı mötəbər yarışda ümumilikdə 3 medal qazanıb.