Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı ARTDIbackend

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı ARTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

NOCOMMENT.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib, aktiv xəstə sayı 12861 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 569, ötən müddət ərzində isə ümumilikdə 4 969 881 test aparılıb.