Bakıda ağır qəza baş verib: Ölən varbackend

Bakıda ağır qəza baş verib: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT xəbər verir ki, oxu.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, paytaxtın Azadlıq və Bakıxanov küçələrinin kəsişməsində iki nəqliyyat vasitəsi toqquşaraq səkiyə çırpılıb.

Nəticədə səkidə dayanan piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi RPİ əməkdaşları tərəfindən əraziyə baxış keçirib, araşdırma aparılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumatı təsdiqləyib.