Göyçay rayonunun icra hakimi Natiq Nuşravan oğlu Ağayev vəzifəsindən azad olunub, Balakən rayon icra hakimiyyətinin başçısı təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Yaxın dəqiqələrdə rəsmi sərəncam təsdiq ediləcəyi gözlənilir.
N.Ağayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.
O, bu təyinatadək Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi vəzifəsində çalışıb və polkovnik rütbəsində xüsusi xidmət orqanlarında qulluq edib.












