“Bandotdel”də insanlara işgəncə verilməsi iddiasına AÇIQLAMA – FOTObackend

“Bandotdel”də insanlara işgəncə verilməsi iddiasına AÇIQLAMA FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və “Bandotdel”in istintaqında insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən NOCOMMENT-ə bildirilib ki, o görüntülərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır: “Bu görüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil.

O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”.