Bayden Zelenski ilə müntəzəm dialoq apardığını bildiribbackend

Bayden Zelenski ilə müntəzəm dialoq apardığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə mütəmadi olaraq əlaqə saxladığını bildirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin şənbə günü yaydığı məlumatda deyilir.

Dekabrın sonunda Rusiya Silahlı Qüvvələrinin Ukraynanın hərbi infrastrukturuna zərbə endirməsindən sonra Zelenski ilə təmaslar barədə jurnalistlərin sualını cavablandıran Bayden, “Mən onunla müntəzəm olaraq danışıram” deyib.

ABŞ prezidenti ailəsi ilə birlikdə Karib dənizindəki Sent-Krua (ABŞ Virciniya adaları) adasındadır. O, xanımı ilə restoranda nahar etdikdən sonra jurnalistlərlə söhbət edib.