Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana qarşı mümkün hərbi tədbirləri müzakirə edir.
NOCOMMENT.az xəbər verir ki, Axios nəşrinin məlumatına görə, BƏƏ rəsmiləri cavab addımları atmaq hüququnu özlərində saxladıqlarını bəyan ediblər. Bildirilir ki, Əmirliklər öz ərazisinə raket və pilotsuz uçuş aparatları ilə endirilən zərbələrin qarşısını almaq məqsədilə hərbi tədbirlər görməyi planlaşdırır.
Məlumata əsasən, rəsmi Əbu-Dabi təhlükəsizlik vəziyyətini yaxından izləyir və mümkün cavab variantlarını qiymətləndirir. Hələlik konkret əməliyyatların vaxtı və miqyası ilə bağlı rəsmi açıqlama verilməyib.
Regionda artan gərginlik fonunda BƏƏ-nin bu mövqeyi Yaxın Şərqdə qarşıdurmanın daha da genişlənə biləcəyi ehtimalını gündəmə gətirir.
Sara













