Bu ölkə COVID-19-u mövsümi qrip kateqoriyasına daxil etdibackend

Bu ölkə COVID-19-u mövsümi qrip kateqoriyasına daxil etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada hökumət COVID-19-u mövsümi qripin aşkar edildiyi “Kod 5” xəstəlik kateqoriyasına əlavə edib.

NOCOMMENT.az xəbər verir ki, Yaponiya Səhiyyə Nazirliyi COVID-19-u ağır kəskin tənəffüs çatışmazlığı və vərəm xəstəliklərini əhatə edən “Kod 2” kateqoriyasından çıxarıb.

Belə ki, epidemiya ilə bağlı analizləri müsbət çıxan və yaxın təmasda olan şəxslər üçün tətbiq olunan karantin prosedurları ləğv edilib.

Hökumətin fövqəladə vəziyyət elan etmək səlahiyyəti, o cümlədən iş saatlarının qısaldılması və tələblərə əməl edilməməsinə görə cəza sanksiyalarının tətbiqi də ləğv edilib.

NOCOMMENT.AZ