Bu şirkətə yeni sədr seçiləcək

Bu şirkətə yeni sədr seçiləcək

“Şüşəplastmas” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, toplantı 30 iyun saat 9-da, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Qəsəbə küçəsi 24 nömrəli ünvana təyin olunub.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

Cəmiyyətin 2025-ci ilin yekunlarının müzakirəsi və mühasibat balansının təsdiqi;

İdarə heyəti sədrinin seçilməsi.

Qeyd edək ki, “Şüşəplastmas” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 297 348 AZN-dir və qanuni təmsilçisi Bəxtiyar Axundzadədir.