Burada özünü pis aparanları kəsib yeyirlərbackend

Burada özünü pis aparanları kəsib yeyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya cəngəlliklərində yaşayan Korovay qəbiləsinin üzvləri hələ də insan əti yeyirlər.

NOCOMMENT.az Lent.az-a istinadən xəbər verir ki,dünyanın son adamyeyən qəbiləsi olan karavaylar da insanı yeməzdən öncə müəyyən qaydalara əməl edirlər.

Hansısa bir qəza və ya qətl kimi qeyri-təbii ölümlərdən sonra qəbilə şamanı və ya həkim meyitin ətinin yeməli olub-olmadığına qərar verir, meyit haqqında hökm çıxarılır. Məsələn, ölən adam qorxunc xəstəlik, zəhərlənmə, yara-xora nəticəsində ölübsə, onu yandırırlar, əks halda “təmiz meyit” yeməli hesab olunur və qəbilə üzvləri tərəfindən yeyilir. Bəzən bu qəbilə üzvləri adamın xaxua adlı şeytan tərəfindən ruhunun ələ keçirildiyini düşünürlər.

Dəli olan, özünü qəribə aparan və anlaşılmaz xəstəlikdən ölən adamların ruhunun xaxua tərəfindən zəbt olunduğunu düşünərək mütləq şəkildə həmin adamı yeyirlər. Bununla pis ruhun başqalarına yayılmasının qarşısını aldıqlarına inanırlar.

Yer kürəsində müasir dünyanın üstünlüklərindən əl çəkib, təbiətə yaxın həyat tərzini qoruyub saxlamağa üstünlük verən 100-dən çox qəbilə var. Lakin onlardan ən təcrid olunmuşu Benqal körfəzindəki Andaman adalarında yaşayan Sentinel tayfasıdır. Bu qəbilənin insanları müasir dünyadan onlara yaxınlaşmaq istəyən hər kəsi öldürürlər.