Çantasında Vaqner simvolları olan şəxs hava limanında saxlanıldıbackend

Çantasında Vaqner simvolları olan şəxs hava limanında saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva vətəndaşı çantasında “Vaqner” özəl hərbi şirkətinin simvollarına görə hava limanında saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb .

Nəşrin məlumatına görə, kişi qadağan olunmuş simvolları nümayiş etdirdiyinə görə cərimə alıb və Londona uça bilməyib.

Hava limanının sözçüsü Tadas Vasiliauskas bildirib ki, saxlanılan şəxsin üzərində hərtərəfli axtarış aparılıb, lakin onun üzərində heç bir təhlükəli əşya aşkar edilməyib. Buna baxmayaraq, hava limanına polis və Litva Dövlət Sərhəd Xidməti cəlb olunub.

Protokol tərtib olunduqdan və lazımi prosedurlar aparıldıqdan sonra litvalının sərbəst buraxılacağı bildirilib.

Bundan əvvəl sərxoş vəziyyətdə olan 2 sərnişin Rusiya təyyarəsini qaçırmaq qərarına gəlib və polis nəzarətinə keçib. Təyyarənin enişi uğurlu olub. Qeyd olunur ki, polis qanunu pozanları təyinat aeroportunda saxlayıb.